Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri işə başlayır

Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri işə başlayır Bu gün Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” işə başlayır.
ASK
18 May , 2022 09:03
Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri işə başlayır

Bu gün Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” işə başlayır.

"Report" xəbər verir ki, mayın 20-nə qədər davam edəcək sərgilər 15 min kv.m.-dən çox ərazini əhatə edir.

Sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir. O cümlədən "Caspian Agro" sərgisinə 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, “InterFood Azerbaijan” sərgisinə isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.

Bu il “Caspian Agro” sərgisi "Ağıllı Kənd", "Süni İntellekt", İT xidmətləri, Pilotsuz uçuş aparatları kimi bölmələri əhatə edəcək, “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək, icrasına başlanılmış, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi