Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakıda “BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq birgə seminar öz işinə başlayıb. “Report”un məlumatına görə 56 ölkənin Əmlak Komitələrinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun sədri Elşad Xanəlibəyli açıb. Sonra isə Azərbaycanda əmlak məsələləri ilə bağlı görülən son işləri özündə əks etdirən film nümayiş etdirilib.
Salamlama nitqi ilə çıxış edən Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov son illər Azərbaycanda əmlak məsələləri sahəsində görülmüş işlərdən danışıb.