“Bakı Şərab-1”in aktivləri 23% artıb

“Bakı Şərab-1”in aktivləri 23% artıb Bakı. 15 aprel. REPORT.AZ/ “Bakı Şərab-1” ATSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3,15 mln. manat təşkil edib.“Report” müəssisənin balans hesab...
ASK
15 Aprel , 2017 09:20
“Bakı Şərab-1”in aktivləri 23% artıb

Bakı. 15 aprel. REPORT.AZ/ “Bakı Şərab-1” ATSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3,15 mln. manat təşkil edib.

“Report” müəssisənin balans hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,9% çoxdur.

2016-cı ildə Azərbaycanın şərab istehsalçısının uzunmüddətli aktivləri 3,9% azalaraq 1,102 mln. manat, qısamüddətli aktivləri isə 44,7% artaraq 2,048 mln. manat olub.

Hesabat dövründə “Bakı Şərab-1”in cəmi öhdəlikləri 3,9 dəfə artaraq 784 min manata, cəmi kapitalı isə 0,25% artaraq 2,366 mln. manata çatıb.

Ötən il şirkətin gəlirləri əsas əməliyyat gəliri 2,256 mln. manat (əvvəlki ilə nisbətən 59,4% çox), satışının maya dəyəri 2,098 mln. manat (51% çox) təşkil edib. Son nəticədə müəssisənin ümumi mənfəəti 158 min manat olub ki, bu da illik müqayisədə 6,1 dəfə çoxdur.

“Bakı Şərab-1”ın sair əməliyyatlardan gəliri 21 min manat (48,7% az), fövqəladə xərcləri isə 151 min manat (3,6 dəfə çox) təşkil edib. Bununla da, şərab istehsalçısının vergitutmadan əvvəl mənfəəti 28 min manat olub. Bu da illik müqayisədə 10,8% çoxdur.

Şirkət ötən il 6 min manata yaxın mənfəət vergisi ödəyib və ili təxminən 22 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Bakı Şərab-1” ATSC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,313 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 1 156 500 səhm əsasında formalaşıb. Beləliklə, hər səhmin mənfəəti 1,9 qəpik təşkil edib. 

Son xəbərlər

Orphus sistemi