​Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Dünya Bankının PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib

​Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Dünya Bankının PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib PEMPAL Proqramının məqsədi maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır
ASK
25 Sentyabr , 2014 13:28
​Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Dünya Bankının PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Dünya Bankı tərəfindən təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib. Bu barədə “Report”a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2005-ci ildə təsis olunan PEMPAL Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL Proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.

Proqram çərçivəsində keçirilən tədbirlər zamanı Maliyyə Nazirliyində son dövrdə aparılan islahatlar, həmçinin Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi və FARABI Sistemi (büdcə təşkilatları üçün mərkəzləşmiş mühasibat proqramı) çox yüksək qiymətləndirilib və böyük marağa səbəb olub. Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın informasiya idarəetmə portalı vasitəsilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr başa çatdırılır.

Son xəbərlər

Orphus sistemi