Yuxarı

"Azərsun Holdinq" fermerlərin bütün məhsullarını qəbul edəcək

Holdinq istixana təsərrüfatını 3 dəfə genişləndirmək niyyətindədir

Bakı. 18 mart. REPORT.AZ/ "Azərsun Holdinq" Şirkətlər Qrupu azərbaycanlı fermerlərin istehsal etdiyi bütün məhsulları qəbul etməyə hazırdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə Holdinqin baş direktoru Savaş Uzan bildirib. 

Onun sözlərinə görə, Holdinq həm öz, həm də yerli fermerlərin əkinlərinin bütün məhsullarını qəbul edəcək və eyni zamanda emal işini həyata keçirəcək.

S.Uzan bunu 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması çərçivəsində bu il daha çox yerli məhsul istehsalının genişləndirilməsi, ixrac potensialının artırılmasının planlaşdırılması ilə əlaqələndirib: "Bununla biz idxaldan asılılığı azaltmaq, məhsullarımızı həm yerli, həm də xarici bazara çıxarmaq istəyirik".

"Azərsun" həmçinin ixracat potensialını artırmaq məqsədilə mövcud 100 min kv. metrlik "Green Tech" istixanalarının sahəsini 300 min kv. metrə çatdırmağı hədəfə alıb: "Bununla istehsalı gücləndirmək və istehsal olunan məhsulların 50%-ni ixraca yönəltməyi məqsədlərimizə daxil etmişik. Həmçinin istifadə etdiyimiz xammalı da ölkə daxilində əldə etmək niyyətindəyik, yəni zəruri olan xammalı xaricdən idxal əvəzinə, özümüzdə yetişdirmək istəyirik".

Qeyd edək ki, Holdinq iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Olimpiya kəndində idmançıları və medianın ərzaq təminatı üçün nəzərdə tutulmuş "Bazarstore"da ölkənin yerli məhsullarının nümayişi üçün yerli istehsalçıları bura dəvət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi