Azərbaycanlı fermerlər ötən il dövlət dəstəyi ilə 22 dəvə alıb

Azərbaycanlı fermerlər ötən il dövlət dəstəyi ilə 22 dəvə alıb Heyvanların 5 052-si iribuynuzlu, 3 684-ü xırdabuynuzlu və 22-si isə dəvəkimilərdir
ASK
3 Mart , 2021 16:15
Azərbaycanlı fermerlər ötən il dövlət dəstəyi ilə 22 dəvə alıb

2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə bağlı 423 müraciət üzrə 136,4 min manat kredit və 16,644 milyon manat güzəşt məbləği ayırıb.

Report“ xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, həmçinin ayrılmış vəsait hesabına 8 758 baş damazlıq heyvanın alışı maliyyələşdirilib. Həmin heyvanların 5 052-si iribuynuzlu, 3 684-ü xırdabuynuzlu və 22-si isə dəvəkimilərdir.

Son xəbərlər

Orphus sistemi