Azərbaycanlı fermerlər I Qafqaz Süd Sənayesi Konqresinə dəvət olunurlar

Azərbaycanlı fermerlər I Qafqaz Süd Sənayesi Konqresinə dəvət olunurlar Tədbir Gürcüstanda keçiriləcək
ASK
27 Fevral , 2017 19:52
Azərbaycanlı fermerlər I Qafqaz Süd Sənayesi Konqresinə dəvət olunurlar

Bakı. 27 fevral. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Ukraynanın Süd İstehsalçıları Birliyi (USİB) ilə birlikdə I Qafqaz Süd Sənayesi Konqresini təşkil edəcək.

AYİB-dən "Report"a verilən məlumata görə, bu tədbir Şərqi Avropa Süd Sənayesi Konqresi çərçivəsində martın 14-də Gürcüstanın Tbilisi şəhərində baş tutacaq.

Bu tədbir 200 nəfərdən çox iştirakçını, o cümlədən Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna Şərqi Avropa və Mərkəzi Asiyanın digər ölkələrindən özəl süd təsərrüfatlarının sahiblərini, emal müəssisələrinin rəhbərlərini, gələcək sərmayədarları, beynəlxalq təşkilatları və dövlət nümayəndələrini iştiraka cəlb edəcək.

"Bu tədbir sağmal qara-malın yetişdirilməsinə dair müasir texnoloji və işgüzar yanaşmaları həqiqi hadisələr və regionun süd istehsalçıları və fermerlər birliklərinin təcrübəsi əsasında tədqiq etmək üçün imkan yaradacaq. Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna və digər ölkələrin ən uğurlu ferma təsərrüfatlarının menecerləri və mütəxəssisləri öz uğurlarının sirlərini açacaqlar. Onların bəziləri artıq ildə hər inəkdən 10 min litrdən çox süd almağa müvəffəq olublar və Gürcüstanda buna bənzər məhsuldarlıq səviyyəsinə nail olmaq texniki və iqtisadi cəhətdən mümkündür", - məlumatda deyilir.

Qeyd edək ki, Süd Sənayesi konqresi çərçivəsində ƏKTT və AYİB-nin “Müvafiq bazanın yaradılması yolu ilə Gürcüstanın süd sənayesində ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” adlı birgə layihəsinin əsas nəticələri və özəl süd istehsalı müəssisələrinin gələcək inkişafına dair tövsiyələr təqdim olunacaq.

Konqresin ikinci günündə iştirakçılar Gürcüstanda qabaqcıl texnologiyaların artıq uğurla tətbiq edildiyi özəl süd fermalarını ziyarət etmək imkanı əldə edəcəklər.

Qafqaz Beynəlxalq Süd Sənayesi konqresi regionda müasir süd sənayesinin inkişafında maraqlı olan fermerlər və süd sənayesinin digər subyektləri arasında bilik və texnologiya mübadiləsi üçün bir platforma yaradacaq.

www.georgiandairy.org

Son xəbərlər

Orphus sistemi