Azərbaycanla Bolqarıstan arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Bolqarıstan arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib Kənd təsərrüfatı naziri Heydər Əsədov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova ilə görüşüb
ASK
25 Oktyabr , 2017 17:12
Azərbaycanla Bolqarıstan arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib
Agro.gov.az

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristova ilə görüşüb.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşün məqsədi iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

H.Əsədov Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri kimi iki ölkə arasında ticari, iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanların olduğunu bildirib. Nazir rəhbərlik etdiyi sahədə Azərbaycanın yüksək ixrac potensialına malik olduğunu vurğulayaraq ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu səfirin diqqətinə çatdırıb. O həmçinin Komissiyanın Azərbaycan tərəfdən üzvü olan qurumların əməkdaşlıq barədə təkliflərinin ümumiləşdirilərək komissiyanın gələcək iclaslarında müzakirəyə çıxarılacağını qeyd edib.

M.Xristova isə H.Əsədovu Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri təyin olunması münasibəti ilə təbrik edib və ölkələrarası ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın bundan sonra daha da genişlənməsinə ümidvar olduğunu bildirib.

Görüşdə Müştərək Komissiyanın gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi