Azərbaycanın xurma ixracından gəliri 4 %-dən çox artıb

ASK
  • 02 dekabr, 2023
  • 12:41
Azərbaycanın xurma ixracından gəliri 4 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 46,2 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 10 ayı ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 4,05 % çoxdur.

Bu ilin oktyabr ayında Azərbaycan 29,5 milyon ABŞ dolları dəyərində xurma ixrac edib. Bu, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 15,7 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 % artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.