Azərbaycanın şaftalı ixracından gəliri 68 %-dən çox artıb
- 01 sentyabr, 2023
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 27,6 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
İcmala əsasən, bu, 2022-ci ilin 7 ayı ilə müqayisədə 11,2 milyon ABŞ dolları və ya 68,3 % çoxdur.
Bu ilin iyul ayında Azərbaycan 23 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib. Bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 8,2 milyon ABŞ dolları və ya 55,4 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.