Azərbaycanın pomidor ixracından gəlirləri 26 % azalıb

ASK
  • 01 yanvar, 2022
  • 08:15
Azərbaycanın pomidor ixracından gəlirləri 26 % azalıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 140,6 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin dekabr sayında qeyd edilir.

Məlumata görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,1 % azdır.

Azərbaycan 2020-ci ilin yanvar-noyabr aylarında 190,4 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında bostan məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % artaraq 459,9 min ton təşkil edib.

Azərbaycanda 2021-ci ilin 11 ayında 8 milyard 612,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 4,8 % artaraq 4 milyard 379,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8 % artaraq 4 milyard 232,6 milyon manat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti