Azərbaycanın pambıq mahlıcı ixracından gəliri 31 % azalıb

ASK
  • 02 yanvar, 2024
  • 11:07
Azərbaycanın pambıq mahlıcı ixracından gəliri 31 % azalıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 111,1 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 11 ayı müqayisədə 50 milyon ABŞ dolları və ya 31,04% azdır.

Ötən ilin noyabr ayında Azərbaycan 12,9 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 40,22 % çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

44 filmi