Azərbaycanın pambıq mahlıcı ixracından qazancı 2 dəfə azalıb
- 28 iyul, 2023
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 68,7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
İcmala əsasən, bu, 2022-ci ilin 6 ayı ilə müqayisədə 68,2 milyon ABŞ dolları və ya 2 dəfə azdır.
Bu ilin iyun ayında Azərbaycan 18,3 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 39,7 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.