Azərbaycanın pambıq ixracından qazancı 7 %-dən çox azalıb

ASK
  • 22 oktyabr, 2022
  • 11:56
Azərbaycanın pambıq ixracından qazancı 7 %-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 4,864 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.

9 ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 180,954 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 7,2 % azdır.

Hesabat dövründə pambıq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxalının 0,05 %-ni, pambıq ixracından qazanc isə ümumi ixracın 0,61 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti