Azərbaycanın meşə fındığı ixracından gəliri 16 %-ə yaxın artıb

ASK
  • 02 yanvar, 2024
  • 12:14
Azərbaycanın meşə fındığı ixracından gəliri 16 %-ə yaxın artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 108,4 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 11 ayı müqayisədə 14,7 milyon ABŞ dolları və ya 15,7 % çoxdur.

Ötən ilin noyabr ayında Azərbaycan 14,1 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 5,22 % çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

44 filmi