Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqropark yaradılır
- 19 oktyabr, 2021
- 11:11
Azərbaycan işğaldan azad etdilmiş ərazilərində kənd təsərrüfatı istehsalının müasir texnologiyalarla həyata keçiriləcəyi aqroparklar yaradılır.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu Agentliyi" məlumat yayıb.
Məlumatda deyilir ki, Qarabağda aqrar sektorun inkişafı Azərbaycan hökumətinin prioritetlərindəndir. Bunun üçün ilk növbədə "Ağıllı kənd" layihəsinin reallaşdırıldığı Zəngilan rayonunun Ağalı kəndi seçilib. Kəndddə regionun ilk aqro parkı istifadəyə veriləcək. Türk şirkətlərinin də iştirak etdiyi layihə çərçivəsində qurulacaq aqro parka əkin sahələri, istixanalar, iribuynuzlu heyvanlar üçün fermalar və meyvə bağları daxil olacaq. Aqro parkda əkinçilik, gübrələmə və suvarma işləri, müasir kənd təsərrüfatı maşınlarının, o cümlədən pilotsuz nəqliyyat vasitələrinin istifadə olunacağı innovativ texnologiyalarla həyata keçiriləcək.