Azərbaycanın əsas tədarük bazarından gavalı və göyəm idxalı kəskin azalıb

ASK
  • 14 iyul, 2022
  • 12:58
Azərbaycanın əsas tədarük bazarından gavalı və göyəm idxalı kəskin azalıb

Bu ilin ilk 4 ayında Azərbaycana xaricdən 134,9 min ABŞ dolları dəyərində 26,97 ton gavalı və göyəm gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 45,5 % azdır.

Hesabat dövründə İrandan 102,45 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 48,3 % azalıb) 20,49 ton (-2 dəfə), Cənubi Afrika Respublikasından (CAR) 28,56 min ABŞ dolları dəyərində (-22,3 %) 3,57 ton (-2,5 dəfə) və Türkiyədən 3,89 min ABŞ dolları dəyərində (+16,5 %) 2,91 ton (+4,3 dəfə) məhsul alınıb.

Qeyd edək ki, 2021-ci ildə idxal etdiyimiz (İrandan, Türkiyədən, CAR-dan və Çindən ) 66,29 ton gavalı və göyəmin 60 %-i İranın payına düşüb.

44 - Tezliklə