Azərbaycanın əsas tədarük bazarına xiyar ixracı kəskin azalıb

ASK
  • 10 avqust, 2022
  • 13:21
Azərbaycanın əsas tədarük bazarına xiyar ixracı kəskin azalıb

2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycana xaricdən 923,41 min ABŞ dolları dəyərində 1 min 677 ton xiyar gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 26 % azdır.

İrandan 923,24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 25,2 % azalıb) 1 min 677 ton (-25,3 %) və Türkiyədən 0,17 min ABŞ dolları dəyərində (-98,5 %) 0,14 ton (-99,3 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan xiyarı yalnız Rusiyaya tədarük edib. Bu ölkəyə 1,9 milyon ABŞ dolları dəyərində 1 min 324 ton məhsul ixrac edilib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 2,3 dəfə azdır.

Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (Rusiya, Ukrayna və Gürcüstana) 6,5 min ton xiyarın 99 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə