Azərbaycanın əsas tədarük bazarına pambıq ixracının dəyəri xeyli artıb

ASK
  • 12 avqust, 2022
  • 07:59
Azərbaycanın əsas tədarük bazarına pambıq ixracının dəyəri xeyli artıb

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan 123,717 milyon ABŞ dolları dəyərində 51 min 908 ton pambıq mahlıcı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14 % artıb, kəmiyyət olaraq – 27,4 % azalıb.

Hesabat dövründə Türkiyəyə 116,941 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 12 % artıb) 47 min 875 ton (-30 %), İrana 4,916 milyon ABŞ dolları dəyərində (+19 %) 3 min 027 ton (-6,2 %), Banqladeşə 1,859 milyon ABŞ dolları dəyərində 1 min 005 ton məhsul göndərilib.

İki illik fasilənin ardından Banqladeşə tədarük bərpa edilib.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricə (Türkiyə, İran və Rusiyaya) satdığı 123 min ton pambıq mahlıcının 93,3 %-i Türkiyənin payına düşüb.

44 filmi