Azərbaycanın əsas tədarük bazarına nar ixracı 45 % azalıb
- 22 noyabr, 2022
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 3,728 milyon ABŞ dolları dəyərində 2 min 373 ton nar ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 49,4 % azdır.
Rusiyaya 3,596 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % azdır) 2 min 040 ton (-45 %), Ukraynaya 57,79 min ABŞ dolları dəyərində (-84,3 %) 145,47 ton (-83,2 %), Gürcüstana 55,45 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 152,27 ton (+2,9 dəfə), Belarusa 15,65 min ABŞ dolları dəyərində (+73 %) 28,45 ton (-7,6 %) və Qazaxıstana 0,87 min ABŞ dolları dəyərində (-38 %) 2,9 ton (-39,7 %) məhsul satılıb.
Hesabat dövründə ölkəyə 51,14 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 31,3 ton (+3,2 dəfə) nar gətirilib.
Türkiyədən 25,02 min ABŞ dolları dəyərində 20,85 ton (bir il əvvəl tədarük olmayıb) və Perudan 26,12 min ABŞ dolları dəyərində (+5,3 %) 10,45 ton (+5,4 %) məhsul alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (10 ölkəyə) 29,254 min ton narın 91 %-i Rusiyanın payına düşüb.