Azərbaycanın daha 8 müəssisəsi Rusiyaya alma ixrac edəcək

Azərbaycanın daha 8 müəssisəsi Rusiyaya alma ixrac edəcək Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 8 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib.
ASK
10 Avqust , 2021 11:57
Azərbaycanın daha 8 müəssisəsi Rusiyaya alma ixrac edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 8 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Həmin müəssisələr Bakının Nizami rayonunda yerləşən "EL FRUITS" MMC, Nəsimi rayonunda yerləşən "NİAB" MMC, Nərimanov rayonunda yerləşən "GF Company" MMC, Qusar rayonunda yerləşən "Agroline", "M-AGROFRESH" və "ECO FRUİTS" MMC-lər, eləcə də paytaxtda fəaliyyət göstərən fiziki şəxs - Mail Kişiyev və Şəmkir rayonunda fəaliyyət göstərən fiziki şəxs Musbat Həsənovdur.

Son xəbərlər

Orphus sistemi