Azərbaycanın daha 2 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Azərbaycanın daha 2 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək Söhbət “Tərtər-Pambıq” və “Qarabağ-Pambıq” ASC-lərdən gedir
ASK
18 Mart , 2017 09:16
Azərbaycanın daha 2 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan daha 2 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət “Tərtər-Pambıq” və “Qarabağ-Pambıq” ASC-lərdən gedir.

Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.

ASC-nin adı Yığıncağın keçiriləcəyi tarix Yığıncağın keçiriləcəyi ünvan Müəssisənin yaradılma ili Müəssisənin nizamnamə kapitalı
1 “Tərtər-Pambıq” 26 may saat 10:00 Tərtər rayonu, Qaraqoyunlu kəndi 1999 1131432 manat
2 “Qarabağ-Pambıq” 26 may saat 12:30 Bərdə şəhəri, Nizami küçəsi, 125 1999 3082698 manat

Son xəbərlər

Orphus sistemi