Azərbaycanın albalı ixracından qazancı 19 % artıb

ASK
  • 28 iyul, 2023
  • 14:15
Azərbaycanın albalı ixracından qazancı 19 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 40,8 milyon ABŞ dolları dəyərində albalı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 6 ayı ilə müqayisədə 6,5 milyon ABŞ dolları və ya 18,9 % çoxdur.

Bu ilin iyun ayında Azərbaycan 40,1 milyon ABŞ dolları dəyərində albalı ixrac edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya 17,2 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.