İlk xəbər saat 16:24-də verilib
"Report" xəbər verir ki, bu barədə qurumun sədri Elmin Rəhmanov bildirib.
“Məqsədimiz odur ki, fermerlər əziyyət çəkməsinlər. Regionlar üzrə gübrə satışı sabah Şəmkir rayonunun Ələsgərli kəndindən başlanılacaq”, - deyə o qeyd edib.
***
E.Rəhmanov onu da bildirib ki, azot gübrəsinin karbamidlə əvəz edilməsi planlaşdırılır: "Hər iki məhsulun tərkibi eynidir. Odur ki, azotun ölkədə idxalını yavaş-yavaş azaldacağıq. Yerli məhsula tələbat formalaşdırmaq və tədricən onun maya dəyərini aşağı salmaq istəyirik".