Azərbaycanın 1 ton buğda idxalına çəkdiyi xərci 33 % artıb
- 29 yanvar, 2022
- 12:16
Ötən il Azərbaycan xaricdən 1 milyon 148 min 100,77 ton buğda ixdal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 331 milyon 946 min ABŞ dolları təşkil edib.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə miqdar ifadəsində 217 min ton (15,8 %) azdır, dəyər ifadəsində isə 35 milyon 041 min ABŞ dolları (11,8 %) çoxdur.
Azərbaycan 2020-ci ildə 296 milyon 905 min ABŞ dolları dəyərində 1 milyon 365 min 100 ton buğda ixdal edib.
2020-ci ildə 1 ton buğdanın idxal dəyəri 217,5 ABŞ dolları təşkil edib, 2021-ci ildə isə 289,13 ABŞ dolları təşkil edib. Beləliklə, 2021-ci ildə Azərbaycan buğda idxalına çəkdiyi xərci 32,9 % artırıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 1,885 milyon ton buğda istehsal edilib. Bu, 2020-ci illə müqayisədə 0,9 % çoxdur.