Azərbaycandan Səudiyyə Ərəbistanına alma ixracı bərpa edilib

ASK
  • 07 aprel, 2023
  • 10:33
Azərbaycandan Səudiyyə Ərəbistanına alma ixracı bərpa edilib

2023-cü ilin yanvar ayında Azərbaycandan xaricə 5 milyon ABŞ dolları dəyərində 8 min ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 98,8 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Rusiyaya 4,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 95 % çoxdur) 7 min 615 ton (+98 %), Qazaxıstana 66,5 min ABŞ dolları dəyərində (+7,1 dəfə) 215 ton (+8,6 dəfə), Özbəkistana 47,41 min ABŞ dolları dəyərində 73 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 39,2 min ABŞ dolları dəyərində 83,4 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 36,5 min ABŞ dolları dəyərində 41 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Beş ilin tamamında Səudiyyə Ərəbistanına (3,51 min ABŞ dolları dəyərində 0,6 ton) tədarük bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti