Azərbaycandan daha bir ölkəyə düyü ixracına başlanılıb
- 27 yanvar, 2023
- 13:32
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 40,71 milyon ABŞ dolları dəyərində 48 min 190 ton düyü idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hindistandan Azərbaycana 32,714 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 35 min 720 ton (+26 %), Qazaxıstandan 3,617 milyon ABŞ dolları dəyərində (+24 %) 5 min 799 ton (-7,7 %), Rusiyadan 2,362 milyon ABŞ dolları dəyərində (-23 %) 4 min 151 ton (-30 %), Tailanddan 941,46 min ABŞ dolları dəyərində (+49,4 %) 1 min 225 ton (+52,4 %), Pakistandan 771 min ABŞ dolları dəyərində (-49 %) 1 min 025 ton (-53,3 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycandan xaricə 7,18 min ABŞ dolları dəyərində (-78 %) 5,91 ton (-83 %) düyü göndərilib.
Ukraynaya 4,34 min ABŞ dolları dəyərində 2,95 ton, Qazaxıstana 3 min ABŞ dolları dəyərində (-70 %) 1,17 ton (-83 %), Polşaya 1,76 min ABŞ dolları dəyərində 2 ton və Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1,1 min ABŞ dolları dəyərində 0,96 ton məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ukraynaya tədarük həyata keçirilib. Yeddi il 9 ayın tamamında ABŞ-a, 4 il 4 aylıq fasilənin ardından Polşaya ixrac bərpa edilib.