Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə fındıq tədarükü bərpa edilib
- 24 dekabr, 2021
- 10:25
Azərbaycan bu ilin ilk 10 ayı ərzində 77,34 milyon ABŞ dolları dəyərində 13 min 423,96 ton meşə fındığı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,72 % və 5,4 % azdır.
Hesabat dövründə xaricə 75,59 milyon ABŞ dolları dəyərində 12 min 731,97 ton qabığı təmizlənmiş meşə fındığı satılıb ki, bu da, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,41 %, kəmiyyət olaraq – 4,63 % azdır. Bu növ fındıq bütövlükdə 16 ölkəyə tədarük edilib. İki il 9 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərinə ixrac bərpa edilib.
2021-ci ilin yanvar-oktyabr aylarında qabığı təmizlənmiş meşə fındığı ixrac etdiyimiz əsas ölkələr – TOP-5:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Rusiya | 6219,4 | -8,17 % | 37192,24 | -8 % |
| İtaliya | 2963,15 | 11,23 % | 18819,86 | 2,34 % |
| Almaniya | 1812,02 | 16,35 % | 12231,84 | 10,59 % |
| Qazaxıstan | 916,36 | 3,6 dəfə | 2069,68 | 2,8 dəfə |
| İsveçrə | 180 | 4,65 % | 1167,63 | 2,14 % |
Eyni dövr ərzində 1,75 milyon ABŞ dolları dəyərində 691,99 ton qabıqlı meşə fındığı ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə tədarük müvafiq olaraq 22,45 % və 17,7 % aşağı düşüb.
2021-ci ilin yanvar-oktyabr aylarında qabıqlı meşə fındığı ixrac etdiyimiz ölkələr:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Rusiya | 405,98 | -45,05 % | 1143,26 | -43,38 % |
| Özbəkistan | 249,01 | 2,4 dəfə | 564,51 | 2,4 dəfə |
| Qazaxıstan | 37 | - | 40,7 | - |
Hesabat dövründə Azərbaycana 271,8 min ABŞ dolları dəyərində 40,21 ton qabığı təmizlənmiş meşə fındığı idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 23,7 %, kəmiyyət olaraq – 20,04 % azalıb.
Almaniyadan 142,63 min ABŞ dolları dəyərində 20 ton, İsveçrədən 126 min ABŞ dolları dəyərində 20 ton, İtaliyadan 2,4 min ABŞ dolları dəyərində 0,13 ton, Türkiyədən 0,77 min ABŞ dolları dəyərində 0,08 ton fındığ ləpəsi tədarük olunub. Ötən ilin eyni dövründə Almaniya, İsveçrə və İtaliyadan bu məhsul idxal edilməyib. Türkiyədən tədarük isə müvafiq olaraq 71,16 % və 75 % azalıb.
Qabığlı meşə fındığı yalnız Gürcüstandan alınıb. Bu ölkədən 246,29 min ABŞ dolları dəyərində 110,01 ton məhsul idxal edilib. Ötən ilin eyni dövründə Azərbaycan xaricdən qabıqlı meşə fındığı tədarük etməyib.