Azərbaycandan bir ölkəyə zeytun yağı ixracı bərpa edilib

ASK
  • 01 fevral, 2023
  • 13:18
Azərbaycandan bir ölkəyə zeytun yağı ixracı bərpa edilib

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan 388,45 min ABŞ dolları dəyərində 80,78 ton zeytun yağı ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Gürcüstana 166 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 35,1 ton (-22 %), Rusiyaya 132 min ABŞ dolları dəyərində (+440 dəfə) 22,56 ton (+2 300 dəfə), İraqa 41,4 min ABŞ dolları dəyərində (+56,3 %) 10,69 ton (+38 %), Qazaxıstana 28 min ABŞ dolları dəyərində (+2 dəfə) 6,97 ton (+75 %), Özbəkistana 10 min ABŞ dolları dəyərində (+34,5 dəfə) 2,29 ton (+25,4 dəfə) məhsul göndərilib.

Üç il 9 aylıq fasilənin ardından Qətərə tədarük bərpa edilib. Həmin ölkə Azərbaycandan 1,46 min ABŞ dolları dəyərində 0,16 ton zeytun yağı idxal edib.