Azərbaycanda yeni nəsil "Case" kombaynlarının sınaq yığımları başlayıb

Azərbaycanda yeni nəsil "Case" kombaynlarının sınaq yığımları başlayıb Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC və "Case New Holland Industrial" şirkətinin birgə təşəbbüsü ilə Azərbaycanın regionlarında yeni nəsil "Case" kombaynlarının sınaq yığımları başlayıb.
ASK
373
24 Noyabr , 2020 12:07
Azərbaycanda yeni nəsil Case kombaynlarının sınaq yığımları başlayıb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC və "Case New Holland Industrial" şirkətinin birgə təşəbbüsü ilə Azərbaycanın regionlarında yeni nəsil "Case" kombaynlarının sınaq yığımları başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Aqroservis” məlumat yayb.

Məlumata deyilir ki, "Case" kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və alternativi yoxdur. Onların çəkisinin az və ölçüsünün yığcam olması səbəbi ilə sahələrarası daşınması da çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər rəqibləri ilə müqayisədə azlığı yeni kombaynlara sahələrdə daha yaxşı manevr etməyə də imkan verir. Bu üstünlüklər həmçinin "Case" kombaynlarının daha az yanacaq sərfiyyatına gətirib çıxarır ki, buda digər kombaynlarla müqayisədə istismar xərclərinin az olması ilə nəticələnir. "Case" kombaynlarının ehtiyyat hissələrinin kompakt və asan konstruksiyası isə onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan yaradır. Kombaynın Azərbaycanın fermelərinin ehtiyaclarına uyğunlaşdırılmış olması, pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək. Case" kombaynları pambıq əkini ilə məşğul olan yalnız iri sahibkarlar üçün deyil, eyni zamanda kiçik sahibkarlar üçün əlçatan olacaq.

Son xəbərlər

Orphus sistemi