Bakı. 31 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi "Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC-nin yaradıldığını elan edib. "Report"un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, yeni müəssisə Beyləqan rayonundakı "Xətai adına südlük-maldarlıq üzrə damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsi" və "Dostluq qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC-lərin birləşdirilməsi əsasında yaradılıb.
Bununla əlaqədar, yuxarıda adları qeyd edilən MMC-lərin kreditorları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Ləvğetmə Komissiyasına iki ay ərzində müraciət etmələri xahiş olunur.