Yuxarı

​Azərbaycanda yanvar-may aylarında qeyri-neft məhsullarının ixracında 32,2% azalma olub

Ərzaq məhsullarının qiymətləri isə 11,9% artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 32,2% azalaraq 457,8 mln. dollar təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu il qeyd edilən ayların 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9% artıb.

Qeyri-ərzaq məhsullarının qiymətləri 15,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 4,5% artım müşahidə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi