Azərbaycanda yanvar ayında istehsal edilən tərəvəz və ətin miqdarı açıqlanıb

Azərbaycanda yanvar ayında istehsal edilən tərəvəz və ətin miqdarı açıqlanıb Ötən illə müqayisədə artımın olduğu göstərilir
ASK
17 Fevral , 2017 19:10
Azərbaycanda yanvar ayında istehsal edilən tərəvəz və ətin miqdarı açıqlanıb
Report.az

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, bu ilin yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 mln. ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunub. 

Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı 2,0%, yumurta istehsalı 2,9%, tərəvəz istehsalı 1,9 dəfə artıb.

"Kənd təsərrüfatının ümumi məhsulu 3,5%, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2%, heyvandarlıq məhsulları istehsalı 2,9% artıb", - komitənin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi