Azərbaycanda toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq

Azərbaycanda toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalan
ASK
15 Mart , 2023 16:30
Azərbaycanda toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə "Report"a KTN-dən bildirilib.

Məlumata görə, əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran şəxslərə Meyvəçilik və Çayçılıq ETİ-nin əməkdaşları tərəfindən “Peşə təhsili müəssisəsi”nin müəyyən etdiyi qaydada təlim-tədris dərslərinin keçirilməsi və maarifləndirilməsi nəzərdə tutulub. “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşəsinin mənimsənilməsi sahəsində keçiriləcək təlim-tədris dərsləri “Peşə fəaliyyətinin ümumi əsasları”, “İxtisas modulları” və “Yekun qiymətləndirmə” mövzularını əhatə edəcək.

İlkin mərhələdə kursa cəlb edilmək üçün 12 müdavim seçilib. Onlara 2 ay müddətində yeni hazırlanmış təlim modulundan istifadə edilməklə dərslər keçiriləcək.

Kursun ilk günündə müdavimlərə kurs haqqında ümumi məlumat, nəzəri və praktiki dərslərin ardıcıllığı, davamiyyət, təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Müdavimlər praktiki dərslərin keçiriləcəyi laboratoriya, iqlim otaqları və istixana ilə tanış olublar.

Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə Meyvəçilik və Çayçılıq ETİ və Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə sertifikatları təqdim ediləcək və fərqlənən müdavimlər işlə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi