Azərbaycanda torpaqların şoranlaşmasının əsas səbəbi açıqlanıb

Azərbaycanda torpaqların şoranlaşmasının əsas səbəbi açıqlanıb "Azərbaycanda fermerlər suvarma zamanı daha çox selləmə üsulundan istifadə edir. Bu isə həm su itkisinin, həm də torpaqların şoranlaşmasının əsas səbəbidir".
ASK
17 Yanvar , 2022 10:52
Azərbaycanda torpaqların şoranlaşmasının əsas səbəbi açıqlanıb

"Azərbaycanda fermerlər suvarma zamanı daha çox selləmə üsulundan istifadə edir. Bu isə həm su itkisinin, həm də torpaqların şoranlaşmasının əsas səbəbidir".

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev deyib.

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “2021-ci ildə olan torpaq, su resurslarının vəziyyəti, sistem tənəzzülün astanasında” adlı dərc olunub. Orada deyilir ki, dünya əhalisinin sayının artmasına paralel olaraq ərzağa tələbat da artır və insanlar bu tələbatı ödəmək üçün su və torpaq resurslarından plansız istifadə edir, onların bu və yaxud digər formada deqradasiyaya uğramasına səbəb olur. Bu hal ölkəmizdə də mövcuddur. Amma nəzərə almaq lazımdır ki, biz su və torpaq resursları məhdud olan ölkələrdənik. Adambaşına cəmi 0,42 hektar kənd təsərrüfatı təyinatlı torpağımız var, əkin sahəmiz isə bundan da azdır. Odur ki, dayanıqlı, yüksək məhsuldarlığa malik kənd təsərrüfatı üçün su və torpaq resurslarından bacardıqca optimal, qənaətlə istifadə olunmalıdır", - deyə o, qeyd edib.

"Ölkəmizdə torpaqların şorlaşması, eroziyaya uğraması kimi hallar əsasən aran rayonlarında, qurunt suları yer səthinə yaxın olan rayonlarda mövcuddur. Torpaqda su səthdə qalaraq qurunt suyu ilə qatışır. Qrunt su duzlu sudur və duzlu su səthdə qalmış su ilə birləşdikdən sonra zamanla buxarlanma nəticəsində duzlar torpağa sirayət etmiş olur. Artıq duzun konsentrasiyası torpaqda artıqca onun məhsul vermə potensialı aşağı düşür. Bəzi bitkilərin duza davamlılığı yoxdur. Bu, məhsulların azalmasına, zamanla torpaqların deqradasiyaya uğrayaraq sıradan çıxmasına səbəb olur”, - deyə F.Tağıyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi