Azərbaycanda taxıl toxumu satan müəssisələrin siyahısı açıqlanıb

Azərbaycanda taxıl toxumu satan müəssisələrin siyahısı açıqlanıb Siyahını Kənd Təsərrüfatı Nazirliyi yayıb
ASK
6 Sentyabr , 2016 12:19
Azərbaycanda taxıl toxumu satan müəssisələrin siyahısı açıqlanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti fermerlərin toxum ala biləcəkləri müəssisələrin siyahısını yayıb. Nazirlikdən "Report"a veriən xəbərtə görə, siyahıda 2016-cı ildə 1-ci və 2-ci reproduksiyalı taxıl toxumları istehsal edən dövlət istehsalat müəssələri və özəl toxumçuluq təsərrüfatlarının adları yer alıb. Siyahı 40 rayondan 168 hüquqi və fiziki şəxsi əhatə edir (http://sorttoxumagro.gov.az/public/pdf/Toxum_istehsalcilari_2016.xlsx.pdf). Siyahıda şəxslərin adları və onlara verilmiş sertifikatların nömrələri ilə yanaşı, ünvanları, becərdiyi arpa və buğda toxumlarının sortları da qeyd edilib.

Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə əsasnaməyə uyğun olaraq yaradılmış Attestasiya Komissiyasından keçdikdən sonra şəhadətnamə alıb, reyestrə düşə bilərlər. Attestasiyadan keçmək üçün verilən tələblərdən 2 ildən az olmayan iş təcrübəsini, toxum və yaxud ting istehsalı ilə məşğul olmaq üçün mülkiyyətində, icarəsində və ya istifadəsində taxıl toxumçuluğu üzrə minimum 50 hektar, pambıq toxumçuluğu üzrə minimum 15 hektar, meyvə, üzüm və çay tingliyi üzrə minimum 1 hektar, tərəvəz toxumçuluğu üzrə minimum 5 hektar torpaq sahəsinin olmasını, bölgənin torpaq-iqlim şəraitindən asılı olaraq, elmi cəhətdən əsaslandırılmış toxumçuluq üzrə növbəli əkin sisteminə əməl etməsini, dəmyə torpaqlarda son 3 ildə əkin strukturunda ən azı 16% herik (dincə qoyulmuş) sahələrinin saxlanmasını və digər xüsusiyyətləri qeyd etmək olar.

Fermerlər toxumların keyfiyyəti, bitki sortlarına nəzarət və kənd təsərrüfatı ilə bağlı onları maraqlandıran digər məsələlərlə əlaqədar ölkənin hər yerindən "1652" sabit nömrəsinə pulsuz zəng edib, Nazirliyin Çağrı Mərkəzindən məlumat ala bilərlər.

Son xəbərlər

Orphus sistemi