Azərbaycanda taxıl biçininə hazırlıq prosesinin əsas mərhələsi başlayıb

Azərbaycanda taxıl biçininə hazırlıq prosesinin əsas mərhələsi başlayıb Bununla əlaqədar “Aqroservis” tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib
ASK
8 May , 2021 12:55
Azərbaycanda taxıl biçininə hazırlıq prosesinin əsas mərhələsi başlayıb

May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq.

Bu barədə “Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar “Aqroservis” ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumilikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexaniztorlar sertifikat ilə təmin ediliblər.

Son xəbərlər

Orphus sistemi