Azərbaycanda sertifikatlı toxum əkən fermerlərə subsidiya verilə bilər

Azərbaycanda sertifikatlı toxum əkən fermerlərə subsidiya verilə bilər Kənd Təsərrüfatı Nazirliyi sertifikatlı toxum əkən fermerlərə subsidiya verə bilər.
ASK
27 May , 2019 16:49
Azərbaycanda sertifikatlı toxum əkən fermerlərə subsidiya verilə bilər

"Kənd Təsərrüfatı Nazirliyi sertifikatlı toxum əkən fermerlərə subsidiya verə bilər". 

"Report" xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. 

Onun sözlərinə görə, bununla bağlı nazirliyin subsidiya qaydalarında dəyişiklik etməsi gözlənilir: "Qaydalar təsdiq edildikdən sonra gələn ildən etibarən sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək. Məsələ ilə bağlı artıq maarifləndirmə işləri aparılır". 

Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun xətti ilə ölkəyə gətirilən "Super elit Krasnodar 99" toxumundan yüksək məhsuldarlıq əldə edilib. Dəmyə torpaqlarından belə yüksək məhsuldarlıq əldə edilib". V. Hüseynov vurğulayıb ki, Nazirliyin qarşısında duran əsas vəzifə həm orta, həm də ümumi məhsuldarlığı artırmaqdır.

O bildirib ki, nazirlik həmçinin fermerləri taxıl əkinində sertifikatlı toxumlardan istifadə etməyə çağırır: “Sertifikatlı toxumların əkini yüksək məhsuldarlığın qarantiyasıdır. Biz fermerlərin sertifikatlı toxum əkininə üstünlük verməsini stimullaşdırmağı düşünürük. Məsələn gələcəkdə subsidiya qaydalarının dəyişməsi nəzərdə tutulur, mümkün variantlardan biri yalnız sertifikatlı taxıl toxumu əkən fermerlərə subsidiyaların verilməsidir. Ötən dövr ərzində Dövlət Toxum Fondu tərəfindən ölkəyə Rusiyadan elit və superelit toxumlar gətirilib. Bu toxumların əkini zamanı yüksək məhsuldarlıq nümayiş olunur. Digər tərəfdən bir sıra yerli toxum sortları da məhsuldarlıq baxımından seçilir. Biz də məhsuldarlığı artırmaq üçün fermerləri məhz sertifikatlı toxum sortlarından istifadə etməyə çağırırıq”.

Son xəbərlər

Orphus sistemi