Azərbaycanda şəkər çuğunduru istehsalçılarına illik 3%-lə güzəştli kredit veriləcək

Azərbaycanda şəkər çuğunduru istehsalçılarına illik 3%-lə güzəştli kredit veriləcək SKMF Azərbaycan Şəkər İstehsalat Birliyi və “Azərbaycan Sənaye Bankı” ilə niyyət protokolu imzalayacaq
ASK
6 Mart , 2018 12:25
Azərbaycanda şəkər çuğunduru istehsalçılarına illik 3%-lə güzəştli kredit veriləcək
SKMF icraçı direktoru Şirzad Abdullayev / Report/ Elchin Murad

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda şəkər çuğunduru ilə məşğul olan fermerlərə illik faiz dərəcəsi 3% olmaqla 7 mln. manat güzəştli kreditin verilməsini nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə fond martın 15-də Azərbaycan Şəkər İstehsalat Birliyi, eləcə də müvəkkil bank kimi çıxış edəcək “Azərbaycan Sənaye Bankı” ASC ilə niyyət protokolu imzalayacaq.

“Bu istiqamətdə 7 min hektar ərazidə şəkər çuğunduru yetişdirən 1 400 kiçik fermer təsərrüfatı dövlətin 3%-lik güzəştli kreditlərindən istifadə edəcək”, - Ş.Abdullayev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi