Azərbaycanda Rusiya kombaynları yığılacaq

Azərbaycanda Rusiya kombaynları yığılacaq "Rostselmaş" iki ölkə arasında əldə olunan razılaşmanı reallaşdırır
ASK
11 Mart , 2015 18:03
Azərbaycanda Rusiya kombaynları yığılacaq

Bakı. 11 mart. REPORT.AZ/ Rusiyanın "Rostselmaş" zavodu Azərbaycan maşınqayırma müəssisələrinin bazasında taxılyığan və yemyığan kombaynların birgə buraxılışına başlayacaq. Bu məqsədlə zavod texnikanın yığılması üçün Azərbaycana bütün maşın hissələrini göndərmək niyyətindədir. "Report"un məlumatına görə, bunu RF Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsinin sədr müavini Dmitri Savelyev bildirib.

Bu, 2014-cü ilin sentyabrında Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının nail olduğu razılaşmanın praktiki reallaşmasıdır. Gələcəkdə isə artıq Rusiyadan hissələrin idxalını azaltmaq və onların Azərbaycanda istehsalına başlamaq mümkün olacaq. 

O qeyd edib ki, Azərbaycanın meyvə-tərəvəz məhsullarının tədarükü sahəsində potensialı olduqca yüksəkdir: "Yeni mövsümün təkcə beş ayında Azərbaycan Rusiyanın ticarət şəbəkələrinə 33 min ton alma ixrac edib. Faktiki olaraq Rusiya Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafına aktiv təsir göstərir, Azərbaycan tərəfinin isə kənd təsərrüfatı texnikasının alışı və yığım istehsalına meyl göstərməsi Rusiya maşınqayırma sahəsinə təkan verir".

Son xəbərlər

Orphus sistemi