İlk xəbər saat 10:35-də verilib
Bakı. 5 avqust. REPORT. AZ/ Bu gün Bakıda keçirilən Beynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Beynəlxalq Quşçuluq Şurası (BQŞ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK prezidenti Məmməd Musayev və BQF-nin sədri Sergey Şabayev imzalayıblar. Sənəd əsasında gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq həyata keçiriləcək.
***
Bakı. 5 avqust. REPORT. AZ/ Azərbaycanda quşçuluq sahəsi son 15 ildə sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac potensialı da yaradıb. Ölkə intensiv inkişaf sayəsində 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir.
"Report"un məlumatına görə, qeyd edilənlər bu gün Bakıda keçirilən Beynəlxalq Quşçuluq Forumunda bildirilib.
Tədbirdə əlavə olunub ki, sənaye quşçuluğunda illik istehsal 100 min ton təşkil edib. Quş əti istehsalı 2010-cu illə müqayisədə 1,5 dəfə artıb və 2014-cü ildə 99,4 min ton, sənaye üsulu ilə 64,1 min ton, yumurta istehsalı isə qeyd edilən dövrdə 1,3 dəfə artaraq 1,6 mlrd. ədəd təşkil edib.
Forumda bildirilib ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır, ilkin olaraq əsasən MDB ölkələrinə tədarükün həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirdə çıxış edən