Azərbaycanda pambıq əkin sahələri azalıb

Azərbaycanda pambıq əkin sahələri azalıb "Ağ qızıl"ın məhsuldarlığı da xeyli aşağı düşüb
ASK
15 İyul , 2015 13:07
Azərbaycanda pambıq əkin sahələri azalıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu il Azərbaycanda əkilən pambıq sahələri azalıb. Ötən il ölkədə hökm sürən quraqlı iqlim şəraiti bitkiçilik sahəsinə, o cümlədən bir sıra fermerlərə də xeyli ziyan vurub. Nəticədə, pambıq sahələri bu il təxminən 17% azalıb. Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyi bitkiçilk şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

Şöbə müdiri bu il təxminən 18-19 min hektar sahədə əkin aparıldığını deyib.

"Ötən il Azərbaycanda 23 min hektar sahədə pambıq əkilmişdir və 41 min ton məshul yığılmışdır. Orta məhsuldarlıq təqribən 18 sentner təşkil edib. Bu, aşağı məhsuldarlıq göstəricisidir. Burada əsas səbəb keçən il havanın quraqlı keçməsi ilə əlaqədardır", - deyə İ.Cümşüdov qeyd edib.

Şöbə müdiri əlavə edib ki, ölkədə pambıq yetişdirilməsi əsasən özəl şirkətlər tərəfindən müqavilə əsasında aparılır: "Fermerlə özəl şirkət arasında müqavilə bağlanır, bütün xərclər qarşılanır. Bu xərclər çıxılandan sonra qalan məhsul fermerə çatır. Ümumiyyətlə pambıq strateji, əlverişli bitkidir. Ondan sonra əkilən bitki xəstəliklərə davamlı olur".

Son xəbərlər

Orphus sistemi