Azərbaycanda pambıq çiyidi səpininə start verilib

Azərbaycanda pambıq çiyidi səpininə start verilib Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib.
ASK
17 Aprel , 2023 14:45
Azərbaycanda pambıq çiyidi səpininə start verilib

Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, artıq 17,7 min hektar sahədə səpin həyata keçirilib.

Bu günə qədər pambıq emalı və tədarükü şirkətləri 15 434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlayıb və həmin sahələrin 90 min hektarında şum işləri aparılıb. Müqavilələrin bağlanması prosesi davam edir.

2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322 300 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib. Bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 35 259 ton və 2,42 sent/ha artıqdır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, ötən il pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödənilib. Bu il bu məbləğ 180 manat olacaq.

2022-ci ildə pambıq tədarükü və emalı müəssisələri məhsulun fermerlərdən alış qiymətinin artırılmasına dair iki dəfə qərar qəbul ediblər. Xam pambığın alış qiyməti hər tona görə mövsümün əvvəlində 50 manat və yığım ərəfəsində də 50 manat olmaqla ümumilikdə 100 manat artırılıb.

2022-ci ildə pambığın fermerlərdən alış qiyməti 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat olaraq müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi