Azərbaycanda mineral gübrələrin güzəştli qiymətlə satılması təklif edilir

Azərbaycanda mineral gübrələrin güzəştli qiymətlə satılması təklif edilir Buğda və çəltik əkininə görə verilən yardımların pambıq və tütün əkininə də şamil olunması nəzərdə tutulur
ASK
15 Aprel , 2016 17:14
Azərbaycanda mineral gübrələrin güzəştli qiymətlə satılması təklif edilir

Bakı. 15 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi buğda və çəltik əkininə görə verilən yardımların pambıq və tütün əkininə şamil olunması, həmçinin biohumusun və pestisidlərin də mineral gübrə kimi güzəştli satışı üçün Nazirlər Kabinetinə müvafiq qərarın layihəsini təqdim edib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, qərar layihəsində “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmış biohumusun qiymətinə 70% güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 10 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” 2015-ci il 7 dekabr tarixli fərmanının 2.6-cı bəndinin icrasını təmin etmək məqsədilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin və herbisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi