Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanılması başa çatıb

Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanılması başa çatıb Azərbaycanda 2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb.
ASK
12 May , 2022 14:00
Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanılması başa çatıb

Azərbaycanda 2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11 130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.

İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.

Xatırladaq ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, bu ildən istehsal olunmuş yaş baramanı “Azəripək” MMC 5 manata təhvil alacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Bu il kümçülərə paylanmış 11 130 qutu ipəkqurdu toxumunun 10 000 qutusu Çindən gətirilib, 11 30 qutusu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi