Azərbaycanda kəsmik, xama və qatıqla bağlı standartlara dəyişiklik edilib

Azərbaycanda kəsmik, xama və qatıqla bağlı standartlara dəyişiklik edilib Dəyişikliklər bu il iyunun 1-dən qüvvəyə minəcək
ASK
13 Mart , 2015 15:49
Azərbaycanda kəsmik, xama və qatıqla bağlı standartlara dəyişiklik edilib

Bakı. 13 mart. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə “Kəsmik. Ümumi texniki şərtlər” (AZS 089-2003), “Qatıq. Ümumi texniki şərtlər” (AZS 092-2003), “Xama. Ümumi texniki şərtlər” (AZS 121-2004) dövlət standartlarına dəyişiklik edilib.

“Report” xəbər verir ki, dəyişiklik iyunun 1-dən qüvvəyə minir. Dəyişikliyə əsasən, kəsmik, qatıq və xama məhsullarının istehsalında istifadə olunan bitki yağları bundan sonra kərə yağları ilə əvəz olunmalıdır. Standartların əvvəlki tələblərinə əsasən, istehsalda bitki yağından istifadəyə icazə verilirdi. Həmçinin “Kəsmik. Ümumi texniki şərtlər” standartına əsasən, dondurulmuş kəsmik havanın nisbi rütubəti 75%-dən cox olmamaqla -18C-dən yuxarı və -25C-dən aşağı olmayan temperaturda saxlanılmalı, qablaşdırılmasından, dondurulma üsulundan və saxlanma temperaturundan asılı olaraq dondurulmuş kəsmiyin yararlılıq müddəti 4 ayadək müəyyənləşdirilməli və istehsal müəssisəsindən buraxıldıqdan sonra ticarət şəbəkələrində -12C-dən yüksək olmayan temperaturda dondurulmuş kəsmiyin saxlanma müddəti ən çoxu 5 sutkayadək olmalıdır.

“Xama. Ümumi texniki şərtlər” standartına olunan düzəlişə əsasən isə xama xüsusilə tez xarab olan ərzaq məhsulları üçün qüvvədə olan sanitariya qaydalarına riayət etməklə saxlanmalı, istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla konkret adda məmulatın yararlılıq müddəti istehsalçı tərəfindən, Səhiyyə Nazirliyi ilə razılaşdırılmış resepturalarda və ya texnoloji prosesi reqlamentləşdirən digər sənəddə müəyyənləşdirilməlidir və xamanın maksimal yararlılıq maddəti müsbət 4+2C temperaturda, havanın nisbi rütubəti 75% olmaqla 14 sutkayadək olmalıdır.

Son xəbərlər

Orphus sistemi