Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3,7% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3,7% artıb Birillik bitkilər və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri müvafiq olaraq 6% və 2,6% bahalaşıb
ASK
3 Dekabr , 2014 13:43
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3,7% artıb
Bakı. 3 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7%, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri müvafiq olaraq 6% və 2,6% bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,3% ucuzlaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlərin 15,3%, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 10,1%, buğdanın 0,4%, qarğıdalının 0,1%, badımcanın 28,6%, pomidorun 24,4%, xiyarın 4,2%, kartofun 3,2%, yem bitkilərinin istehsalçı qiymətləri 1,7% bahalaşıb, arpanın istehsalçı qiymətləri isə 1,6% ucuzlaşıb.

Çoxillik bitkilərdən feyxoanın 36,7%, xurmanın 2,4%, alma və limonun istehsalçı qiymətləri 0,7% ucuzlaşıb, armudun 27,4%, şabalıdın istehsalçı qiymətləri isə 10,5% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 11,1%, südün 8,0%, quş ətinin (diri çəkidə) 1,4%, təbii balın istehsalçı qiymətləri isə 0,3% bahalaşıb, mal ətinin (diri çəkidə) 6,7%, diri qoyun və keçilərin 1,0%, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi