Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifi azaldılıb

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifi azaldılıb Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifini azaldıb.
ASK
6 Dekabr , 2024 15:36
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifi azaldılıb

Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifini azaldıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2 %-i qədər idi.

Fondun İdarə Heyətinin qərarı ilə sığorta tarifi iribuynuzlu heyvanlar üçün 4,9-7,8 %, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,4 % müəyyən edilib.

Son nəticədə dəyəri 1 000 manat olan iribuynuzlu heyvanın (inək və yaxud camış) illik sığorta 26-41 manatdan 25-39 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və yaxud keçi) illik sığorta haqqı isə fermerə 8-12 manatdan 7-11 manata düşüb.

Kənd təsərrüfatı heyvanlarını az 11 günlük olmaqla sığortalamaq mümkündür. Südlük mal-qara 7 yaşa, ətlik mal-qara 3 yaşa, xırdabuynuzlu heyvanlar isə 5 yaşa qədər sığortalana bilər.

Bu ilin yanvar-oktyabr aylarında Fond heyvandarlıq sığortası üzrə 0,9 milyon manat ödəniş edib ki, bu da ötən ilin eyni dövrü müqayisədə 45 % çoxdur.

Sığorta haqqının 50 %-ni dövlət ödəyir.

Son xəbərlər

Orphus sistemi