Yuxarı
    Bağlamaq

    Azərbaycanda kartof toxumçuluğu ilə bağlı tender keçirilir

    Müsabiqə xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılması üzrə məsləhətçi xidmətlərinin alınmasını nəzərdə tutur

    Bakı. 3 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Toxum Fondu Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılması üzrə məsləhətçi xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər martın 31-i saat 11.00-dək qəbul olunur.

    Maraqlanan təşkilatlar (+994 12) 498-21-59 (1-88) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,80, Hökümət Evi, VII mərtəbə, otaq 719).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi