Yuxarı

Azərbaycanda iyulda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 6% düşüb

Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5% ucuzlaşıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9%, o cümlədən birillik və çoxillik bitkilər üzrə müvafiq olaraq 12,6 və 2,0%, həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5% ucuzlaşıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, birillik bitkilərdən buğda, noxud dəni, yaşıl lobya, baş kələm, qarpız, qovun və yemiş, bibər, xiyar, badımcan, süfrə çuğunduru, kartof, baş soğanın istehsalçı qiyməti enib, fermentasiya edilməmiş tütün və yem bitkilərinin istehsalçı qiyməti isə artıb.

Çoxillik bitkilərdən albalı, gilas, çiyələk, armud, böyürtkənin istehsalçı qiyməti bahalaşıb, alma, ərik, alça, gavalı, findıq, qoz, dəfnə yarpağının istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından süd, qoyun və keçi, qoyun və keçilərin yuyulmamış yunu, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə bahalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi